Qadınları bir kişidən başqasına ötürürlər – Nazarbayev hərəkətə keçməyi ƏMR ETDİbackend

Qadınları bir kişidən başqasına ötürürlər – Nazarbayev hərəkətə keçməyi ƏMR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəyişikliklər və əlavələr dağıdıcı dini cərəyanlar üçün tipik “atributlar”ın daşınması üçün inzibati məsuliyyətin tətbiqini nəzərdə tutur.

Vətəndaş cəmiyyəti və din işləri üzrə nazir Nurlan Yermekbayev izah edib ki, belə atributlara kişi saqqalı, qısaldılmış şalvar, pərəncə (müsəlman ölkələrində xüsusən, Mərkəzi Asiya və Yaxın Şərqdə xalatı xatırladan və yalançı qolları olan, eləcə də üzü örtmək üçün torcuğu olan qadın üst geyimi –red.) və niqablar (müsəlman qadınlarının geyindiyi və ancaq gözlərin göründüyü geyim –red.) daxildir. Eyni zamanda, nazir təsəlli verdi ki, hər şeydən qorxmaq lazım deyil.

Nazir bildirib ki, hər saqqala görə məsuliyyət nəzərdə tutulmur, həmçinin saqqalın uzunluğu və başqa əlamətlər nəzərə alınacaq.

Qadınları bir kişidən başqasına ötürürlər – Nazarbayev hərəkətə keçməyi ƏMR ETDİ

Söhbət istənilən saqqaldan getmir. Yalnız dağıdıcı dini cərəyanların nümayəndələri məsuliyyətə cəlb ediləcək. Əlbəttə, hökmün çıxarılması üçün “qısaldılmış şalvar” da mühüm amil sayılacaq. Lakin, saqqal saxlayan insan ateistdirsə və hansısa bir ideoloji əlamətlər görünmürsə, o, cəzalandırılmayacaq.

Daha bir yenilik 16 yaşa kimi uşaqlar və yeniyetmələrin dini mərasimlərə buraxılması ilə bağlıdır. Belə tədbirlərə göstərilən yaş kateqoriyasında olan şəxslər valideynlər, yaxın qohumlar və ya onların nümayəndələrinin müşayiəti ilə getməlidir.

Qanun layihəsi həmçinin dini idarələrdən kənar nikah və ya boşanma üzrə dini mərasimlərin keçirilməsini qadağan edir. Bu dəyişiklik onunla bağlıdır ki, dağıdıcı dini cərəyanların nümayəndələri nikah və boşanma barədə qərarı sadə bəyanatla verirlər. Bundan isə qadınlar və uşaqlar əziyyət çəkirlər. Bundan başqa, Yermekbayevin sözlərinə görə, qadınların bir kişidən başqa kişiyə verildiyi hallarına rast gəlinir.

Qadınları bir kişidən başqasına ötürürlər – Nazarbayev hərəkətə keçməyi ƏMR ETDİ

Qeyd edilir ki, dəyişikliklər və əlavələrə dair qanunvericilik təşəbbüsü prezident Nursultan Nazarbayevə aiddir. Bir müddət əvvəl o, Qazaxıstan Müsəlmanlarının Dini İdarəsinin lideri ilə görüşündə bildirib ki, bəzi müsəlmanların qısa şalvar geyinməsi və saqqal saxlaması qazax ənənələrinə uyğun deyil və onları qanunverici səviyyədə qadağan etmək lazımdır. Onun müşahidələrinə görə, tamamilə qara geyimlərə bürünmüş qazaxıstanlı qızların sayı artır. Prezident İngiltərə, Fransa və Rusiyanın təcrübəsinə müraciət etməyi təklif edib. Burada keçmişdə saqqala görə vergi alırdılar.

Siyasi mütəxəssislərin sözlərinə görə, dağıdıcı dini cərəyanlar həqiqətən də Qazaxıstanda güc toplayır. Hakimiyyət qeyri-ənənəvi dini cərəyanların təsirinin güclənməsindən narahatdır. (publika.az)

İnterpress.az