Nasri klubsuz qaldı, Eto komanda tapdıbackend

Nasri klubsuz qaldı, Eto komanda tapdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Antalya təmsilçisi kamerunlu hücumçu Samuel Etonun ardından fransalı yarımmüdafiəçisi Samir Nasri ilə yollarını ayırıb.

Ötən ilin avqustunda 3,5 milyon avro qarşılığında “Antalyaspor”la iki illik müqavilə bağlamış “Arsenal” və “Mançester Siti”nin sabiq futbolçusu bu komandada cəmi səkkiz oyun keçirib və iki qola imza atıb.

Samir Nasrinin hansı kluba keçəcəyi bilinməsə də, artıq Samuel Eto özünə komanda tapıb. O, “transfer pəncərəsi”nin son günündə “Konyaspor”a keçib.

“Barselona”, “İnter” və “Çelsi”nin sabiq futbolçusu Konya klubu ilə 2,5 illik müqavilə bağlayıb. Eto 37 yaşında ona güvəndiyi üçün “Konyaspor”un baş məşqçisi Mehmet Özdiləyə təşəkkürünü bildirib.

İnterpress.az