Peterburqda qarət: Azərbaycanlı axtarışa verildi – VİDEObackend

Peterburqda qarət: Azərbaycanlı axtarışa verildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Moika78.ru-nun məlumatına görə, salona ümumilikdə 60 milyon rubl (1 815 037 AZN) ziyan dəyib.

“Cinayətkarları daşıyan nəqliyyat vasitəsinin saxlanılması üçün şəhərdə olan bütün polis naryadları səfərbər olunub. Nəticədə Krasnoqvardeysk rayonunun post-patrul xidməti əməkdaşları xarici görünüşü təsvir olunan nəqliyyat vasitəsinə uyğun gələn şübhəli avtomobil aşkarlayıb”, – deyə Rusiya Federasiyası DİN Peterburq və Lenin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşları səsgücləndirici ilə nəqliyyat vasitəsinin dayandırılmasını tələb edib. Ancaq sürücü polisin tələbinə məhəl qoymayıb. Əksinə, sürəti artıraraq, təqibdən qaçmağa çalışıb. İrinovsk və İndustrialnıy prospektinin kəsişməsində cinayətkarlar onları təqib edən polis maşınını atəşə tutmağa başlayıb. Polis əməkdaşları cavab atəşi açıb. Təqib əsnasında şübhəliləri daşıyan avtomobil yan zolaqda hərəkət edən “Mercedes” markalı avtomobillə toqquşub. Saxlanılan iki şübhəlinin toqquşmadan əvvəl güllə yarası aldığı bildirilir.

“Üçüncü şübhəli isə aradan çıxıb. Onun axtarışı və saxlanılması istiqamətində bütün lazımi tədbirlər görülür”, – deyə bəyanatda bildirilir.

Fakt üzrə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin “Talan” maddəsi ilə cinayət işi açılıb.

Polis zərgərlik salonuna silahlı basqın edən şübhəlilərin kimliyini artıq müəyyən edib. Onlar 37 yaşlı Dağıstan sakini Abdulaqapov və Gürcüstandan olan 45 yaşlı Valeri Melnikovdur.

Əməliyyatçılar aradan çıxan üçüncü oğrunun azərbaycanlı olduğunu bildirir.

İnterpress.az