Azərbaycanlı Gənc Hava limanında “girov götürülüb” – ŞİKAYYƏTbackend

Azərbaycanlı Gənc Hava limanında “girov götürülüb” – ŞİKAYYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Orxan Məmmədli adlı həmvətənimiz xaricdən vətənə gələrkən Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında gömrük işçiləri tərəfindən qanunsuz şəkildə saxlanılıb. O, bu sosial şəbəkələrdə paylaşım edib.

Həmin paylaşımı olduğu kimi təqdim edirik.

Vətənim Azərbaycana gələr gəlməz problemlər başladı. Zamanımda ulu öndər sərhəd, vətən haqqında yaxşı deyib ki, vətən sərhəddən başlayır. Lakin görünən budur ki, ulu öndərə həm sərhədçilər həm də ki gömrükçülər xəyanət etməkdən çəkinmirlər.

İlk olaraq təyyarədən yenib pasport yoxlamaya keçdim. Hər şeydə burdan başladı. Pasportumu sərhədçi xanıma təqdim etdim. Sərhədçi xanım öz kefinə uyğun mənim hardan gəldiyimi soruşdu. Mən də cavabında bildirdim ki, xanım hardan gəldiyim haqqda möhür vurulub ordan baxa bilərsiniz və məndən soruşmağınıxa ehtiyac yoxdur. Gizir xanımda öz növbəsində bu mənim vəzifə borcumdur dedi( xanım unudub ki, məndə sərhədçi olmuşam və bu haqqda nizamnamədə bir qeyd belə yoxdur) Bunu xanımla danışa danışa baş gizir olan bir xanım yanımdan keçərək (GET MÜALİCƏ OLUN) ifadəsini söylədi. Bütün bu olanlardan sonra aşağıda gömrük işçilərinin növbə rəisi olan MAQSUD adlı mayor sifarişli olaraq məni saxlayıb. Və çantama baxış geçirdərək QIRMIZI KANALA salmağı göstərişini verdi. Məndə söylədim ki,qəti olaraq narızayam. Hardan şübhəli şəxs oldum? Necə təyin etdiniz bu anda gömrükçülərin kənardan məni öz telefonlarına çəkdiyinin şahidi oldum sanki bir vətən xaini saxlayıblar. Olan hadisədən 3 saatdan artıq vaxt keçməsinə baxmayaraq hələmdə burada girov kimi qalmışam. Sözləridə budur ki biz deyən olacaq ya qırmızı kanal yada qal burda.
P.S: Çox maraqlıdır cənab prezidentin imzaladığı vahid pəncərə sistemi və yaşıl kanal bu gömrük işçiləri niyə riayət etməyib sifarişli işlə məşğuldular.

İnterpress.az olaraq məsələni diqqət mərkəzində saxlayacağıq.

Azərbaycanlı Gənc Hava limanında "girov götürülüb" - ŞİKAYYƏT

İnterpress.az