Jirinovski: Azərbaycan Rusiyaya birləşsin, Qarabağ münaqişəsi həll olunsunbackend

Jirinovski: Azərbaycan Rusiyaya birləşsin, Qarabağ münaqişəsi həll olunsun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu “Rossiya dlya vsex” nəşrinə müsahibəsində Rusiyanın Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski deyib.

“Qarabağ problemi artıq 30 ildir ki davam edir. Təəssüf ki, bu postsovet məkanında yeganə belə münaqişə deyil. Ukrayna, Gürcüstan, Orta Asiya ölkələri – hər yerdə eyni problem var.

Yalnız bir çıxış yolu var – milli sərhədlər saxlanılmaqla, Rusiya ilə birləşmək. Mən keçmiş SSRİ-nin bütün ölkələrini nəzərdə tuturam. Əlbəttə ki, yalnız referendum yolu ilə. Yalnız bir dövlət çərçivəsində biz belə münaqişələrə son qoya biləcəyik. Birinin digərinin torpağını zəbt etməsi ilə bağlı inciklik olmayacaq – hamının bir torpağı olacaq”, – deyə o bildirib.

Jirinovskinin sözlərinə görə, Azərbaycana uzaq Avropa ilə müqayisədə Rusiya ilə əməkdaşlıq etmək daha sərfəlidir:

“Belə bir ittifaqın daxilində biz cənubda yetişdirilən bütün məhsulları almağa hazırıq. Əvəzində isə onlara hərbi və mülki texnika təklif edəcəyik.

Rusiyalı siyasətçi əlavə edib ki, rəsmi Moskva Bakının siyasətini həmişə dəstəkləyib və çətin zamanlarda kömək edib:

“Bizi müdafiə və iqtisadi layihələr birləşdirir. Hesab edirik ki, Azərbaycanda bunu başa düşürlər. Mən bir neçə dəfə Azərbaycanda olmuşam və həm hazırkı, həm də keçmiş prezidentlə görüşmüşəm. Bizim üçün çox əhəmiyyətli ölkədir”.

İnterpress.az

Сексолог: Стойкая потенция возможна и в 60 лет! Нужно утром…

Лысина – не приговор! Теперь можно избавиться от нее в домашних условиях!

Лучшее средство против облысения – это…

Залысина покроется волосами за 2 недели! Домашний дедовский метод!
Внимательно изучите сайт. Истории выздоровления
Как победить рак 3-4 стадии? Силами своего иммунитета!