Vətəndaşlara 1 milyon manat “atan” qadın intihara cəhd etdi – MƏHKƏMƏbackend

Vətəndaşlara 1 milyon manat “atan” qadın intihara cəhd etdi – MƏHKƏMƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin məhkəməyə gəlmədiyi elan olunub.

V.Osmanlının vəkili bildirib ki, müvəkkili intihara cəhd edib. Daha sonra isə xəstəxanaya çatdırılıb. V.Osmanlı hazırda 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alır.

Qeyd edək ki, V.Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

O, vətəndaşlar – Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Jalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək onların ümumilikdə 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərin bir qismi müəllim vəzifəsində çalışır.

V.Osmanlının barəsində həbs qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, V.Osmanlı əvvəllər Azərbaycan İqtisad Universitetində tütor vəzifəsində çalışıb. (lent.az)

İnterpress.az