“Hüseyn Cavid-135” şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı – FOTObackend

“Hüseyn Cavid-135” şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Kaspi” təhsil şirkəti və “Kaspi” qəzetinin təşkilatçılığı ilə ərsəyə gələn mərasimdə həm də “Hüseyn Cavid-135” adlı şeir müsabiqəsinin qalibləri də açıqlandı.

Mərasimdə “Kaspi” təhsil şirkətinin və “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru, şairə Sona Vəliyeva, şair Sabir Rüstəmxanlı, Bakı Dövlət Universitetinin müəllimi Cahangir Məmmədli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və “Hüseyn Cavid-135” şeir müsabiqəsinin münsiflər heyətinin üzvləri, müsabiqə iştirakçıları, jurnalistlər və başqaları iştirak edirdi.

Tədbiri giriş sözü ilə Əflatun Amaşov açaraq Hüseyn Cavidin həyat və yaradıcılığından söz açdı. Sonra o, “Hüseyn Cavid-135” şeirlər müsabiqəsinə və bu müsabiqəyə qatılan şairlərin şeirlərindən ibarət kitabın buraxılmasına görə Sona Vəliyevaya təşəkkürünü bildirərək, sözü ona verdi.

Sona Vəliyeva Hüseyn Cavidin keçdiyi məşəqqətli və şərəfli ömür yolu, həyat və yaradıcılığı, ümumilikdə Cavid şəxsiyyəti haqda maraqlı fikirlərini dinləyicilərlə bölüşdü: \”Cavid çox xöşbəxt sənətkardır. Çünki belə böyük xalqı olan və ona qədir-qiymət verə biləcək bir sənətkar əlbəttə ki, xöşbəxtdir. Cavid bəşəri ideyalarla yaşayırdı. Əlbəttə, şəxsiyyətləri mühit yetişdirir. Bu, birmənalı şəkildədir. Cavidin taleyi elə yazılmışdı ki, mütləq onun atası Şahtaxtıdan köçməliydi. O, Naxçıvanda dünyaya gəlməliydi, oranın insanları ilə ünsiyyətdə olmalı idi. Atasının min bir əzabla dilə tutub qoyduğu molla məktəbindən qaçıb, Məhəmməd Tağı Sidqinin məktəbinə gəlməli, dünyəvi elmlərlə tanış olmalı idi.

Cavid, sözün əsl mənasında övliya idi. Onun taleyi əvvəldən görəvli idi. Ona görə də Cavidin həyatında hər şey sistemli gedirdi. O, bir gün İstanbula üz tutacaqdı, orada Türk dünyasının ən böyük folosofları, millətçi yazarları – Mehmet Akif Ərsoydan, Tofiq Fikrətdən, Rza Tofiqdən, o dövrün böyük insanlarından dərs alacaqdı. Məfkurə haradan başlayıb, necə inkişaf edir, sənətdə necə təzahür etmək lazımdır – bax, bu prinsipləri öyrənib gələcəkdi. Bax, onda Cavidin böyüklüyü görünəcəkdi. Cavidin yaradıcılığında, bütün əsərlərində məfkurə hakimliyi var. Bu, danılmazdır. Cavid nə yazırsa, orda iki xətt var- Tanrısına və milli məfkurəyə bağlılıq. \”Ana\” əsərində o, birbaşa Səlmanın dili ilə Allaha müraciətdən başlayır. Bu, onun əsas olaraq tapındıği mövzu idi. Bütün bunların hamısında şair Allaha inamını saxlayır. Cavid nə yazırdısa, öz ideyasına sadiq qalırdı. O, nə yazdısa, xalqı onunla qurur duydu. Zaman ötüb keçəcək, Cavid ideyaları isə əbədi yaşayacaq”.

Şair Sabir Rüstəmxanlı öz çıxışında “Kaspi” təhsil şirkətinin bu ənənəsini dəstəklədiyini və bu yolda onlara uğurlar dilədiyini bildirdi:

“Mən hələ belə bir yubileyin keçirilməsini xatırlamıram. Yubiley və müsabiqə. Müsabiqəyə 100-dən artıq şeir təqdim olunub. “Kaspi” təhsil şirkətinin işini və tutduğu yolu çox bəyənirəm. Cavidin xatirələrini əbədiləşdirmək, əsərlərini çap eləmək çox çətindir. Buna görə Sona xanıma təşəkkür edirəm. Bu gün doğrudan da gözəl gündür. Mən Cavidin Sibirdən qayıdışını xatırlayıram. Bakı həmin günü çalxalanırdı. Həmin günü həm də Həmid Cəfərov qəhrəman idi. Cavidin yubileyində mənə dedilər ki, sən çıxış edəcəksən. Mənə söz verildi. Orada çıxışım zamanı şeir oxuduqca kameralar Cavidin ölümünə imza atan və repressiyalarda iştirak edən şəxslərə qarşı tuşlanmışdı. Cavidin haqqında danışmaq sanki onun düşmənlərini bir başa ölkəyə təqdim edirdi. Heç bir qüvvə Cavidi həyatdan silə bilməz. Cavid yaradıcılığı ilə ortadadır. Bu gün sözlə oynayanlar və ədəbiyyatı alver mənbəyinə çevirənlər var. Allah bizi onlardan qorusun”.

Tədbirin sonunda “Hüseyn Cavid-135” şeirlər müsabiqəsinin qaliblərinə pul və diplom mükafatları təqdim olundu.

“Hüseyn Cavid-135” şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO

“Hüseyn Cavid-135” şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO

“Hüseyn Cavid-135” şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO

İnterpress.az