20 ildən sonra Rusiyadan Astaraya qayıdan şəxs qətlə yetirilibbackend

20 ildən sonra Rusiyadan Astaraya qayıdan şəxs qətlə yetirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə rayonun Kolatan kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 40 yaşlı Vüsal Qasım oğlu Hüseynovun yaşadığı mənzildə meyiti aşkar olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İlkin məlumata görə, mərhum küt alətlə başından aldığı zərbələrdən ölüb.

Qeyd edək ki, V.Hüseynov uzun müddət – təxminən, 20 il Rusiya Federasiyasında yaşayıb. O, ötən ay Astaraya gəlib. V.Hüseynov Astarada 7 sutkalıq həbs cəzası alıb. İki gün öncə həbsdən çıxıb.

Faktla bağlı araşdırmalara başlanılıb. (report)

İnterpress.az