Bakıda bahalı telefonların qənimi tutuldubackend

Bakıda bahalı telefonların qənimi tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-dən İnterpress.az-a verilən məumata görə, Nərimanov Rayon Polis İdarəsinə Ağdaş rayon sakini Əliyusif İsmayılov müraciət edərək bildirib ki, bir neçə gün əvvəl onlayn alış-veriş saytlarında özünə məxsus \”İPhone 8” markalı mobil telefonu satmaq istəməsi barədə elan yerləşdirib. Daha sonra bir nəfər tanımadığı şəxs onunla əlaqə saxlayaraq həmin telefonu almaq istədiyini bildirib. Nərimanov rayonunda yerləşən marketlərdən birinin qarşısında görüşəndən sonra həmin şəxs yaxın qohumunun bu obyektdə işlədiyini və telefonu onun üçün almaq istədiyini bildirib. Zərərçəkəndən telefonu qohumuna göstərmək adı ilə alan həmin şəxs marketə daxil olub və obyektin arxa qapısından çıxaraq hadisə yerindən uzaqlaşıb.

Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən dələduzluq cinayətini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Altay Ağamalıyev saxlanılıb.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə tədbirlərlə onun eyni üsulla daha 5 nəfərə məxsus \”İPhone 7”, \”İPhone 8” və \”İPhone X” kimi qiymətli mobil telefonları ələ keçirdiyi məlum olub. A.Ağamalıyev həmin telefonlardan 5-ni paytaxtın müxtəlif nöqtələrində yerləşən telefon alqı-satqısı mağazalarında satıb. Digər telefonu isə saxlanılana qədər özü istifadə edib. Saxlanılan şəxsin dələduzluqla əldə etdiyi mobil telefonlardan bir neçəsinin yeri polislər tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.

Qeyd edilənfaktlarla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Altay Ağamalıyevin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin \”102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsi, eləcə də 18-ci Polis Bölməsinə müraciət edə bilərlər.

İnterpress.az