Rövşən Rzayev: “Jirinovski Azərbaycanın dostu deyil”backend

Rövşən Rzayev: “Jirinovski Azərbaycanın dostu deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

R.Rzayev “Ölkə.Az”-a açıqlamasında deyib ki, Vladimir Jirinovski eynifikirli və təcrübəli siyasətçi deyil:

“Zamanla gördük ki, Vladimir Jirinovski mövqeyini və fikirlərini tez-tez dəyişir. O, bir gün bir cür, sabah isə tamam ayrı cür danışır. Məhz bu cür mövqeyinə görə də Vladimir Jirinovskiyə ciddi adam kimi baxmıram. Ola bilər ki, Vladimir Jirinovski ciddi adamdır və siyasi partiya sədridir. Ancaq onun söylədiyi hər hansı fikri mən ciddi qəbul etmirəm. Vladimir Jirinovskinin Qarabağla bağlı son fikirlərini də ciddi qəbul etmək olmaz”.

Deputat bildirib ki, Vladimir Jirinovskinin fikirlərini Rusiyanın mövqeyi kimi qəbul etmək düzgün deyil:

“Bilirsiniz, böyük siyasətdə dost anlayışı fərqlidir. Burada daha çox maraqlar var. Vladimir Jirinovski isə Azərbaycanın dostu deyil. Azərbaycanın dostu Azərbaycan xalqı və onun prezidenti cənab İlham Əliyevdir”.
Xatırladaq ki, Rusiyanın Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski “Rossiya dlya vsex” nəşrinə müsahibəsində Qarabağ münaqişəsinin yeganə həll yolunun milli sərhədlər nəzərə alınmaqla, Rusiya Federasiyası ilə birləşmək olduğunu söyləyib:

“Qarabağ problemi artıq 30 ildir ki davam edir. Təəssüf ki, bu postsovet məkanında yeganə belə münaqişə deyil. Ukrayna, Gürcüstan, Orta Asiya ölkələri – hər yerdə eyni problem var.

Yalnız bir çıxış yolu var – milli sərhədlər saxlanılmaqla, Rusiya ilə birləşmək. Mən keçmiş SSRİ-nin bütün ölkələrini nəzərdə tuturam. Əlbəttə ki, yalnız referendum yolu ilə. Yalnız bir dövlət çərçivəsində biz belə münaqişələrə son qoya biləcəyik. Birinin digərinin torpağını zəbt etməsi ilə bağlı inciklik olmayacaq – hamının bir torpağı olacaq”.

İnterpress.az