Müəllim şagirdini danladı, sonra… – Göyçayda qanlı hadisəbackend

Müəllim şagirdini danladı, sonra… – Göyçayda qanlı hadisə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, Göyçay şəhər 7 saylı tam orta məktəbdə hərbi hazırlıq müəllimi Elşən Süleymanov dərs vaxtı 9-cu sinif şagirdi N.B.-ni kobud davranışına görə danlayıb və onların arasında mübahisə yaranıb.

N.B. hirslənərək yaşadığı evə gedib və mətbəx bıçağını götürərək məktəbə qayıdıb. O, müəllimi Elşən Süleymanova yaxınlaşaraq qəflətən onu bıçaqlayıb. Müəllim qolundan bıçaq xəsarəti alıb.

Bıçaq Yaxınlıqdakı müəllimlərin köməyi ilə şagirdin əlindən alınıb.

Hazırda faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az