Gənclər Fondu indiyə qədər 3909 layihəni maliyyələşdiribbackend

Gənclər Fondu indiyə qədər 3909 layihəni maliyyələşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev fondun illik hesabat konfransında deyib.

O bildirib ki, bunun 568-i 2017-ci ildə maliyyələşdirilib: “Bu layihələrin 20-si ucqar dağ kəndlərində həyata keçirilib. Ötən il 1799 layihə müraciəti daxil olub. 2017-ci ildə fondun maliyyə dəstəyi ilə Bakıda 394, Gəncədə 36, Sumqayıtda 25, digər şəhər və rayonlarda isə, ümumilikdə, 787 tədbir keçirilib. Bu tədbirlər onminlərlə gənci əhatə edib. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Gənclər Fondu Azərbaycanın gələcəyi, həmçinin bu gələcəyin qarantı olan gənclər üçün açılmış tarixi səhifədir. Gənclərin fəallığı bütün sahələrdə artıb”.

F.Hacıyev deyib ki, gənclər sahibkarlıqla bağlı layihələr təqdim etsələr, yaxşı olar: “Azərbaycanın “Qrant haqqında” qanununu qrant yardımı edilən şəxsə həmin maliyyədən sahibkarlıq məqsədi ilə istifadəni qadağan edir. Qrant həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa imkan verməlidir. Bunun üçün müəyyən prosedurlar var ki, onun üzərində işləyirik. Bu, gənclərə stimul verəcək”.

Fondun direktoru qeyd edib ki, layihələr çərçivəsində 5805 nəfər əmək müqaviləsi bağlayaraq müvəqqəti işlə təmin olunub.
Onun sözlərinə görə, 2012-ci ildən indiyə qədər 56 ölkəyə 164 səfər edilib.

İnterpress.az