20 yaşlı gəncdən 15 gündür ki, xəbər yoxdur- VİDEObackend

20 yaşlı gəncdən 15 gündür ki, xəbər yoxdur- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Evdən qaz kartı yükləmək adı ilə çıxıb, amma geri dönməyib. 20 yaşlı gəncdən ailəsi 15 gündür xəbər ala bilmir.

Sumqayıt şəhər Saray bağlar massivi, ev B-3225 ünvanında yaşayan, 20 yaşlı Heydər Qurbanov yoxa çıxıb. Gəncin ailəsi övladlarının hələ də niyə belə bir addım atdığını bilmirlər.

Gəncin anasının sözlərinə görə, bu günə kimi evlərində hər hansı bir problem olmayıb.Nə də övladlarının hər hansı bir pis əməli olmayıb və hansısa bir xəstəlikdən də əziyyət çəkməyib

Ailə üzvləri onu hər yerdə axtardıqlarını deyirlər. Lakin bu günə kimi hələ də xəbər ala bilməyiblər.

Yaxınları hadisədən sonra polisə gedərək məlumat veriblər. Faktla bağlı araşdırma aparılır.

İnterpress.az