Prostat xərçəngi barədə nələri bilmək lazımdır?backend

Prostat xərçəngi barədə nələri bilmək lazımdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prostat nədir?

Prostat vəzinin əsas funksiyası spermlərdəki mayenin istehsalıdır. Şabalıd ölçüsündə olan bu orqanın çəkisi 20 qramdır.

Prostat xərçəngi nədir?

Sağlam hüceyrələr adətən bölünür və ölürlər, lakin xərçəngli hüceyrələr elə hey artmaqda davam edir. Bu isə bədənin başqa orqanlarındakı xərçəng kimi şiş yaradır.

Risk qrupuna kimlər daxildir?

50 yaşından yuxarı kişilər. Prostat xərçəngi diaqnozunun qoyulduğu orta yaş 65-69 arasıdır. Yaşı 50-dən az olan kişilərdə risk demək olar, yoxdur. Amma qaradərililər əlli yaşa qədər də prostat xərçəngi ola bilər.

Bir də prostat xərçənginin irsi olduğu düşünülür.

Simptomlar nədir?

Prostat xərçəngi uzun müddət diqqətdən yayına bilir. Adətən diaqnoz qoyulduqda xəstəlik artıq xeyli inkişaf etmiş olur.

Əsas simptom sidiyə getməklə bağlıdır. Prostat xərçəngi olan kişilər adətən sidiyə tez-tez getsələr də, sıdık şırnağı zəif olur. Bu zaman həm də belə bir hissiyyat yaranır ki, sidiyə getdikdə sidik qovucuğu tamamilə boşalmır.

Sidiyə getmək üçün gecələr yuxudan oyanmaq da prostat xərçənginin əlaməti ola bilər.

Başqa daha az yayılmış simptomlar sidiyə gedərkən və sperm ayrılması zamanı ağrılar və qanın və ya spemlərin qanlı olmasıdır.

Necə müayinə edilir?

İki cür müayinəsi var. Həkimlər pasientin anal dəliyindən barmaqla yoxlama keçirirlər. Bu ağrılı və xoşagəlməz prosedurdur, amma prostatın böyüməsini müəyyən etmək imkanı verir.

Daha mükəmməl müayinə qan analizi ilədir. Qanın PSA analizi zamanı (Spesifik Prostat Antigeni) prostat vəzinin böyüməsi daha dəqiq müəyyən edilir.

Lakin xərçəngin olub-olmamasının son qərarı biopsiya ilə verilə bilər. Bu da anal dəliyindən icra olunur.

Təxminən 10 dəqiqə çəkən əməliyyat xərçəngin nə dərəcədə yayıldığını göstərir. Burada 5 dərəcə mövcuddur. Rəqəmin 2-dən yuxarı olması xərçəng deməkdir.

Müalicəsi nədir?

Müalicə həkimin gəldiyi qərardan asılı olaraq fərqlidir. Müəyyən prostat xərçəngi zamanı prostatın bir hissəsi və ya hamısı cərrahiyyə vasitəsilə çıxarılır. Lakin qeyri-cərrahi müalicə üsulu zamanı prostat vəzinin nəzarətdə saxlanması həyata keçirilir.

Bəzi hallarda prostatın böyüməsi uzun müddətdə baş verir və bu zaman müalicəyə ehtiyac olmaya bilər. (bbc)

İnterpress.az