Kökəlmək istəmirsinizsə, hər səhər belə edin… – MƏSLƏHƏTbackend

Kökəlmək istəmirsinizsə, hər səhər belə edin… – MƏSLƏHƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunun ən başlıca səbəbi isə qeyri-sağlam qidalanma, hərəkətsiz yaşam tərzidir. İnterpress.az Ailem.az-a istinadən sizə ömür boyu bu cür problemlə qarşılaşmamaq üçün faydalı məsləhətlər verir.

Günə səhər yeməyi ilə başlayın

Günə enerjili və sağlam şəkildə başlamaq üçün yaxşı bir səhər yeməyi vacibdir. Çünki səhər naharı etmədikdə beyninin kalorisi yüksək yeməklərə yönələr və gün boyu onları yemək məcburiyyətində qalarsınız.

Səhər naharınızı şirni ilə bitirin

Səhər naharınızı şirin bir qida yeməklə bitirin. Tel-Əviv Universitetində aparılan bir araşdırmada məlum olub ki, şirin yeyən qrup karbohidrat yeyən qrupa nəzərən daha çox kalori yandırmağa meyllidir. Təbii ki, şirini də lazımi miqdarda yemək məsləhətdir.

Hər gün 30 qram lif qəbul edin

Pəhriz proqramınız ərzində lifli qidalar yemək çox vacibdir. Ancaq pəhriziniz qurtardıqdan sonra ideal çəkinizi qorumaq üçün də lif almağa davam etməlisiniz. Aparılan araşdırmalara əsasən, hər gün mütəmadi olaraq 30 qram lif istifadə edən şəxslərin 3 ay sonra arıqlamaqda daha müvəffəqiyyətli olduğu izlənilmişdir.

Kola və meyvə şirələrindən uzaq durun

Kola və meyvə şirəsi əslində şirin su kimi bir şeydir. Bir stəkanın tərkibində 240 kalori var və 18 çay qaşığı şəkər tozuna malikdir. Hazırda şişkinliyin ən böyük səbəblərindən biridir. Bu səbəblə susadığınızda susuzluğunuzu əvvəlcə su ilə aparmalısınız. Əgər başqa bir şey içmək istəyirsinizsə, çay və qəhvəyə yönələ bilərsiniz.

Buzxanaya meyvə-tərəvəz yığın

Təbii ki, təzə meyvə-tərəvəz insan sağlamlığı üçün əvəzedilməzdir. Amma alternativ variant kimi dondurulmuş meyvə-tərəvəzlərdən də istifadə faydalı olur. Buna görə fəsil dəyişimləri zamanı həmin məhsulları təmizləyərək buzxanaya yığın.

İnterpress.az