Bakının mərkəzində qadına qarşı…backend

Bakının mərkəzində qadına qarşı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə zərərçəkən Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunan Qorxmaz Şahbazov saxlanılıb. O, ifadəsində törətdiyi hadisəni etiraf edərək ələ keçirdiyi mobil telefonu 240 manata satdığını bildirib.

Qeyd edilən faktla bağlı 39-cu polis Bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Səbail RPİ-yə müraciət edə bilərlər.

İnterpress.az