Bakıda marketin seyfindən 6000 manat oğurlandıbackend

Bakıda marketin seyfindən 6000 manat oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Yasamal rayonu ərazisindəki marketlərdən birinin müdiri 29-cu Polis Bölməsinə müraciət edərək oradakı seyfdən 6050 manatın oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluq hadisəsinin əvvəllər orada işləmiş şəxs tərəfindən törədilməsi müəyyən olunub.
Əməliyyat-axtarış tədbirləri ilə saxlanılan Xırdalan şəhər sakini Cavanşir Səfərov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.

İnterpress.az