“Seçki ilə bağlı qərar strateji əhəmiyyət kəsb edir” – Azər Verdiyevbackend

“Seçki ilə bağlı qərar strateji əhəmiyyət kəsb edir” – Azər Verdiyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, sərəncama münasibət bildirən QALİB-in sədri, ekspert Azər Verdiyev bu qərarın milli maraqlara xidmət edəcəyini deyib: \”Bu il bir çox vacib məqamlarla yadda qalacaq. Prezident tərəfindən Cümhuriyyət ilinin elan edilməsi bu prosesin başlanğıcı idi. Bu Azərbaycan tarixində qızıl hərflərlə yazılan dönəmdir. Seçkilərin 11 aprel tarixinə təyin edilməsi isə bu prosesləri daha da sürətləndirmək məqsədi daşıyır. Buna qarşı çıxanlar, şou düzəldənlər isə erməni lobbisi tərəfindən maliyyələşən qruplaşmalardir. Hesab edirəm, əvvəlki illərə nisbətən bu il daha ayıq və çevik olmalıyıq. Heç bir vəchlə dövlətimizin sütununu dağıtmaq istəyənlərə rəvac verməməliyik. Vətəndaş cəmiyyəti olaraq bütün prosesləri diqqətlə nəzərdə saxlamalıyıq\”.

İnterpress.az