Mübariz Əsgərov “Xalqın şairi” barədə iddialara CAVAB VERDİbackend

Mübariz Əsgərov “Xalqın şairi” barədə iddialara CAVAB VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”Ölkə.Az\”-a açıqlama verən M.Əsgərov bildirib ki, sözügedən şəxsi ümumiyyətlə tanımır:

\”Mən o şəxsi ümumiyyətlə tanımıram. Səsləndirdiyi fikirlər də sərsəm iddialardır. Kimsə ağlına gələni yazacaqsa, hər dəfə açıqlama verəsi deyiləm ki. Belə bir şey yoxdur. Böhtan, şər yağdırır. Layihəmiz martda davam edəcək\”.

M.Əsgərov məsələnin hüquqi müstəviyə daşınmasına ehtiyac görmədiyini diqqətə çatdırıb:
\”Mənim ona vaxtım yoxdur. İstəsəm, onu məhkəməyə verərəm. Ancaq əlimdə sənədli filmlər, layihələr var. Bəzi adamlar iftira, şər-böhtan yazırlar ki, məhkəməyə verilib gündəmə gəlsinlər. Ona baş qoşacaq qədər vaxtım və enerjim yoxdur. Dediklərini özü bilər, Allahı bilər\”.

Qeyd edək ki, Rauf Qərib sosial şəbəkədəki hesabında iddia edib ki, Mübariz Əsgərovla birinciliyin ona veriləcəyi ilə bağlı razılaşıb.

İnterpress.az