Xanəndə olan qızını çimərliyə getdiyi üçün bıçaqlayan anaya cəza kəsildibackend

Xanəndə olan qızını çimərliyə getdiyi üçün bıçaqlayan anaya cəza kəsildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qızını bıçaqlamaqda təqsirləndirilən Aynurə Rüstəmovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Proses hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub.

Məhkəmədə hökm oxunub. Aynurə Rüstəmova barəsində şərti cəza hökmü çıxarılıb.

Bildirək ki, təqsirləndirilən ana qızının xanəndə olduğunu bildirib. İttiham aktına əsasən, A.Rüstəmova ötən ilin yayında qızı Cəmalə Həmidovanı bıçaqlayıb. Buna səbəb qızının ondan icazəsiz çimərliyə getməsi olub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümükün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Rüstəmova barəsində həbs qətimkan tədbiri seçilməyib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. (musavat.com)

İnterpress.az