“Prezidentə islahatların davam etdirilməsi üçün səs verəcəyik” – Azər Həsrətbackend

“Prezidentə islahatların davam etdirilməsi üçün səs verəcəyik” – Azər Həsrət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, növbədənkənar seçkilərin keçirilməsi səlahiyyəti sırf cənab Prezident İlham Əliyevin özünə aid məsələdir: \”Bu öz yerində. Digər tərəfdən də seçkinin niyə apreldə keçiriləcəyi və s. məqamlara da Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov \”Növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında\” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını şərhində aydınlıq gətirdi. Əlbəttə ki, biz də ictimai fəallar olaraq, xüsusən də bu siyasi prosesləri yaxından izləyən, təhlil edən şəxslər olaraq öz fikirlərimizi səsləndirə bilərik. Burada söhbət ondan gedir ki, qarşıda Azərbaycanı çox böyük və məsuliyyətli bir mərhələ gözləyir. Həmin mərhələnin tez başa çatdırılması, ümumiyyətlə isə Azərbaycanın ən böyük problemlərinin həll edilməsi çox vacib amildir.

O baxımdan vacibdir ki, ölkənin sabitliyinin uzun müddətli olması üçün vaxtında təməllər atılıb. Bu təməllərin daha da möhkəmləndirilməsi və bu sabitliyin daha da davamlı olması üçün işlər görülməlidir. Bu baxımdan mənə elə gəlir ki, cənab Prezident seçkini bir qədər önə çəkdi. Əslinə qalanda bəzi siyasət dəllaları dünəndən iddia edirlər ki, guya ki, müxalifətin imkanları məhdudlaşdırmaq və s. üçün bu önəçəkmə baş verib. Biz o adamlara səslənirik ki, bu seçkilər 6 ay sonra keçirilsə idi nə baş verəcəkdi? Təbii ki, yenə də həmin şey olacaqdı. Bu gün Azərbaycanda Prezidenti İlham Əliyevin qarşısına çıxacaq nə müxalifətdə, nə də iqtidarda heç bir siyasi lider yoxdur. Yəni onunla ayaqlaşacaq, onunla siyasət meydanında üz-üzə gələcək heç kim yoxdur. Belə olan halda Prezident İlham Əliyev üçün seçkinin oktyabrda və yaxud apreldə keçirməsinin heç bir fərqi yoxdur. Ümumilikdə düşünürəm ki, cənab Prezidentin atdığı bu addım yerinə düşür və vaxtında atılmış addımdır.

Təbii ki, ictimaiyyət də bunu geniş anlamda dəstəkləyir. Biz hamımız da Prezidentə islahatların davam etdirilməsi üçün səs verəcəyik\”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla növbədənkənar prezident seçkilərinin tarixi 2018-ci il aprelin 11-nə təyin olunub. ( sia.az )

İnterpress.az