Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-da nümayəndəliyi açıldı – Rəhbər amerikandır – FOTObackend

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-da nümayəndəliyi açıldı – Rəhbər amerikandır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Baş konsulluq və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə dəstəyi və təşkilatçılığı ilə keçirilmiş tədbirdə xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, dini icma rəhbərləri, jurnalistlər, Azərbaycan, yəhudi, türk, Koreya və digər icmaların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev BBMM–nin ABŞ-da nümayəndəliyinin açılmasını əlamətdar hadisə adlandırıb. O, Azərbaycanda kök salmış multikulturalizm və tolerantlıq ənənələrindən danışaraq, bu dəyərlərin ölkəmizdə əsrlərdir mövcud olduğunu qeyd edib. N.Ağayev ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini və bu unikal tolerantlıq mühitinin Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında günü-gündən daha da gücləndiyini diqqətə çatdırıb. Baş konsul sonda BBMM-nin ABŞ-dakı nümayəndəliyinə gələcək fəaliyyətində uğurlar arzu edib.

BBMM-nin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov çıxışında Azərbaycanın multikulturalizm siyasəti haqqında məlumat verib və Mərkəzin fəaliyyəti haqqında danışıb. O, Azərbaycan rəhbərliyinin bu istiqamətə xüsusi diqqət ayırdığını, BBMM-nin 2014-cü ildə məhz Prezident İlham Əliyevin sərəncamı ilə yaradıldığını diqqətə çatdırıb. R.Həsənov Mərkəzin yaradılmasında əsas məqsədin Azərbaycanın multikulturalizm ənənələrinin öyrənilməsi, bu sahədə dünya təcrübəsinin araşdırılması və Azərbaycan modelinin bütün dünyada təbliğinin həyata keçirilməsindən ibarət olduğunu vurğulayıb, Mərkəzin 3 illik fəaliyyəti müddətində Mərkəzin Vatikan, London, Berlin, Bern, Helsinki, Roma, Cakarta və digər şəhərlərdə çoxsaylı layihələr həyata keçirdiyini bildirib. O, bu günə qədər Mərkəzin müxtəlif xarici ölkələrdə nümayəndəlikərinin açıldığını qeyd edərək, bu gün ABŞ-da nümayəndəliyin açılmasının Azərbaycan modelinin öyrənilməsi və iki ölkə arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını bildirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-da nümayəndəliyi açıldı - Rəhbər amerikandır - FOTO

BBMM-nin ABŞ-dakı nümayəndəliyinin rəhbəri, 2009-17-ci illərdə ABŞ Prezidenti Administrasiyasında yüksək vəzifə tutmuş Canna Skot (Jannah Scott) çıxış edərək, sözügedən Mərkəzin ABŞ-da ilk nümayəndəliyinin rəhbəri seçilməsindən çox məmnun olduğunu vurğulayıb. O, Azərbaycana bir neçə dəfə səfər etdiyini, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti ilə yaxından tanış olduğunu və bu ənənələrin ABŞ ictimaiyyətinə daha dərindən çatdırılması istiqamətində nümayəndəliyin uğurlu fəaliyyət göstərəcəyinə inandığını bildirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-da nümayəndəliyi açıldı - Rəhbər amerikandır - FOTO

BBMM-nin ABŞ-dakı nümayəndəliyinin idarə heyətinin üzvləri – ABŞ-dakı Koreya icmasının aparıcı liderlərindən olan, İnanc və İcmaların Gücləndirilməsi təşkilatının icraçı direktoru Heypin İm (Hyepin Im) və Pakistan Şurasının sədri Adnan Xan da Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri haqqında danışaraq, ölkəmizin tolerantlıq modelinin bütün dünyaya nümunə ola biləcəyini qeyd ediblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-da nümayəndəliyi açıldı - Rəhbər amerikandır - FOTO

Daha sonra BBMM-nin ABŞ-da nümayəndəliyinin yaradılmasına dair sözügedən nümayəndəliyin rəhbəri Canna Skot və BBMM-nin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov arasında anlaşma memorandumu imzalanıb. Açılış mərasimində həmçinin, Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən qısa film nümayiş etdirilib və Azərbaycan musiqisindən nümunələr səsləndirilib. (milli.az)

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-da nümayəndəliyi açıldı - Rəhbər amerikandır - FOTO

İnterpress.az