Binəqədi rayonunda falçının — 20 minlik fırıldağıbackend

Binəqədi rayonunda falçının — 20 minlik fırıldağı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edən Ülfət Yasin qızı Baxışova bildirib ki, evdə olduğu zaman qapı döyülüb və tanımadığı falçı onun falına baxaraq həyatında mənfi dəyişikliklər olacağını bildirib. Bu məqsədlə ondan 100 manat pul və 20 min manatlıq qızıl-zinət əşyaları götürüb. Bundan sonra isə həyəti tərk edib. Qadın bir müddətdən sonra başına gələn hadisəni anlayıb və aldadıldığı üçün polisə üz tutub. Hazırda Binəqədi RPİ-nin İstintaq Şöbəsində araşdırmalara başlanılıb və naməlum falçı qadıının müəyyən olunması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir. (ölkə.az)

İnterpress.az