“Uşağımın boynuna siqaret basdı” – Əri baltalayan qadın danışdı – VİDEObackend

“Uşağımın boynuna siqaret basdı” – Əri baltalayan qadın danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Koroğlu küçəsi 14 ünvanında baş verib.

Həmin ünvanda yaşayan 1985-ci il təvəllüdlü Adəm Hüseynqulu oğlu Qəmbərov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Xalidə Nurəddin qızı Qəmbərovaya balta ilə baş nahiyəsindən 2 zərbə vuraraq xəsarət yetirib.

X.Qəmbərova kəllə-beyin travması ilə huşsuz vəziyyətdə Hacıqabul Rayon Xəstəxanasına yerləşdirilib: \”Uşağımın boyun nahiyəsinə siqaret basdı, mən də dedim niyə belə edirsən? Gözləmirdim məni arxadan balta ilə vura. Onda gördüm ki, arxadan balta ilə vurdu. Birini başımdan, birini də boynumdan vurdu. Huşumu itirdim. İçkili vəziyyətdə idi. Həmişə məni təhqir edirdi, amma döymürdü. Hər gün içkili olur, bəlkə narkotik də qəbul edirdi. Məni öldürmək istəyirdi. Dedi öldürəcəm səni, dedim niyə, dedi öldürəcəm. Vuranda da elə bildi ki, ölmüşəm. 3 azyaşlı uşağım var\”.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

İnterpress.azhttps://youtube.com/watch?v=iqEZlICShkE