Dünya tarixində inqilab kimi hadisə – Marsa raket göndərildibackend

Dünya tarixində inqilab kimi hadisə – Marsa raket göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buraxılandan səkkiz dəqiqə sonra raketin iki yan hissəsi Yerə qayıdıb, yaxınlıqdakı Cape Canaveral Hava Qüvvələri Stansiyasına eniş edib. Raketin orta hissəsi sahildə 400 kilometr aralıda Atlantik Okeanında platformaya düşməliydi. Amma son məlumatlarda bunun baş tutmadığı bildirilir.

“Falcon Heavy” 1970-ci illərdə NASA-nın işlətdiyi Saturn V raketlərindən bəri orbitə buraxılmış ən böyük raket sayılır. Tam işlək vəziyyətə gətiriləndən sonra bu sistemdən ABŞ ordusu və telekommunikasiya şirkətlərinin işlətdiyi ağır peyklərin orbitə çıxarılmasında istifadə olunacaq.

SpaceX şirkətini Kaliforniyadan sahibkar Elon Musk yaradıb. Onun \”Tesla\” şirkətinin buraxdığı elektrik avtomobilləri isə Birləşmiş Ştatlarda məşhurlaşıb.

Dünya tarixində inqilab kimi hadisə - Marsa raket göndərildi

“Falcon Heavy” orbitə “Tesla Roadster” avtomobilini də çıxarıb. Şirkəti bu maşını Marsa göndərməyi planlaşdırır.

Partladıldıqdan üç dəqiqə sonra sürətartırıcı raketlərindən ayrılan “Falcon Heavy” və ikinci etap dünya oxu ətrafına irəlilədikcə ən riskli bölümün sona çatdığı bildirilir. 2 raket vəzifəsini tamamladıqdan sonra problemsiz olaraq geri dönüb. “Falcon Heavy” isə qarşıdakı saatlar boyunca dünyanın Van Allen radiasiya zolağını gəzəcək.

Mütəxəssislər ilk dəfə bir hökumət yerinə özəl şirkət tərəfindən illərcə kosmosa yük daşıyan “Falcon 9\” raketinin turbo şarjlı versiyasının bazara çıxarılması ilə kosmos uçuşunda önəmli, hətta inqilabi bir addım atıldığına diqqət çəkirlər. Bu arada ”Falcon Heavy\”inin ilk dəfə bir avtomobil daşıması kosmos səfərinə olan diqqəti artırıb. Elon Muskun digər firması “Tesla” tərəfindən istehsal edilən elektrikli bir idman maşını olan “Roadster”in sürücü kreslosunda SpaceX-in köynəklərindən birini geyinmiş bir maneken oturub. “Roadster” kosmosa gedən ilk avtomobil ünvanını alıb.

Dünya tarixində inqilab kimi hadisə - Marsa raket göndərildi

“Falcon Heavy”in ilk uçuşu ilə daha böyük raketlər yaratmaq üçün SpaceX-ə güc verdiyini iddia edən mütəxəssislər Muskun Marsa insanları göndərmə xəyalını gerçəkləşdirməsinə kömək edə biləcəyini iddia edirlər.

Ekspertlər bildirirlər ki, ilk dəfə hökumət əvəzinə özəl şirkət kosmosa raket göndərir. Mask test uçuşunun riskli olduğunu və müvəffəqiyyət ehtimalının 50% olduğunu söyləyib. (musavat)

İnterpress.az