Cəfərli: “Makro-iqtisadi sabitliyin təmin edilməsində əsas amil neft qiymətləridir”backend

Cəfərli: “Makro-iqtisadi sabitliyin təmin edilməsində əsas amil neft qiymətləridir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2017-ci ildə Azərbaycanda makro-sabitlik yaxşılaşıb”. Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir. İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, neft amili Azərbaycan iqtisadiyyatında böyük rol oynayır:
“Dollar-manat münasibətlərində neft mühüm əhəmiyyətə malikdir. Son bir ildə Azərbaycan neftinin dəyəri təqribən 35 faiz artıb. Bu artım ölkənin valyuta ehtiyyatlarının və manatın sabitliyinin qorunmasına müsbət təsir göstərib. Makro-iqtisadi sabitliyin təmin edilməsində əsas amil neft qiymətləridir”.

İnterpress.az