Metro və avtobus kartları dəyişdirilir?backend

Metro və avtobus kartları dəyişdirilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, məlumat həqiqəti əks etdirmir.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə Əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib:

“Bakı şəhərində ictimai nəqliyyatda nağdsız ödəniş “BakıKart” vasitəsi ilə həyata keçirilir və yaxın vaxtlarda bu sistemlə bağlı hər hansı bir dəyişiklik, eləcə də alternativ ödəniş üsullarının tətbiqi ilə bağlı hər hansı bir yenilik nəzərdə tutulmayıb. Bunu nəzərə alaraq bildiririk ki, bu gün yerli elektron kütləvi informasiya vasitələrində bu mövzuda yayılan məlumat həqiqəti əks etdirmir. KİV nümayəndələrinin qeyri-müəyyən mənbələrdən əldə etdikləri məlumatlar əsasında xəbər hazırlayarkən müvafiq dövlət qurumları ilə dəqiqləşdirmələr aparmalarını xahiş edirik”.

İnterpress.az