Xalq artisti evində ölü tapıldı – TƏFƏRRÜATbackend

Xalq artisti evində ölü tapıldı – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb.

İnterpress.az lent.az-a istinadən xəbər verir ki, Zərnigar Ağakişiyeva Yasamal rayonu, Hüseyn Cavid prospekti 709 ünvanındakı 19 mərtəbəli yeni tikilinin 3-cü mərtəbəsində yerləşən mənzildə tək yaşayırmış. Son iki gündə yaxınları onunla əlaqə saxlaya bilmədikləri üçün polisə müraciət edib. Həmin ünvana gələn polislər qapının arxadan bağlı olduğunu görüblər və aiddiyyəti üzrə FHN-in xilasetmə xidmətinə müraciət edilib. Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları tərəfindən qapı açıldıqdan sonra 73 yaşlı aktrisanın vəfat etdiyi məlum olub. İlkin müayinə zamanı onun 3 gün əvvəl dünyasını dəyişdiyi müəyyənləşib.

Z.Ağakişiyevanın son illərdə xəstəlikdən əziyyət çəkdiyi bildirilir. O, xeyli vaxtdır həmkarları ilə ünsiyyətdən qaçırmış və özünə qapanıbmış.

***

İnterpress.az xəbər verir ki, tanınmış aktrisanın meyiti Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.

FHN-nin məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib.

Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.

Zərnigar Fəti qızı Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun \”Dram və kino aktyoru\” fakültəsini bitirib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin \”Müdriklər\” dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyeva “Ötən ilin son gecəsi”, “Yol əhvlatı”, “Təhminə”, “Onun bəlalı sevgilisi”, “Atayevlər ailəsi”, “Ölsəm…bağışla”, “Güllələnmə təxirə salınır!..” kimi bir çox məşhur filmdə əsas, ikinci dərəcəli, epizodik rollarda iştirak edib.

İnterpress.az