“Can, can Zərnigar! Sənə qurban olum…”backend

“Can, can Zərnigar! Sənə qurban olum…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist, vaxtilə Zərnigar Ağakişiyevanı dəlicəsinə sevən Məcnun Hacıbəyov deyib. Sevdiyi qadının evdə tənha şəkildə ölməsi xəbərini alan aktyor göz yaşını saxlaya bilmədi:

“Can, can Zərnigar! Sənə qurban olum… Axı niyə belə etdin?.. Zərnigarla bir kənddənəm, onu məndən yaxşı kimsə tanıya bilməz. Yazığın heç kimi yoxdur. Tənha bir qadın… anası da çoxdan rəhmətə gedib. Ailə qurmadı… Mənim onu sevməyim isə uzun söhbətdir. O, xəstəxanada olanda hər gün yanına gedib, baş çəkərdim. Saatlarla dərdləşərdik. Çox heyif, ayaqlarım işləmir, gəzə bilmirəm. Mənim dilimdən ona başsağlığı verin. Deyin ki, məni bağışla, Zərnigar, Məcnun sənin dəfninə gələ bilməyəcək”.

Qeyd edək ki, xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında dünyasını dəyişib. Tanınmış aktrisanın meyiti Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.

İnterpress.az