“İlham Əliyev bir daha təsdiq etdi ki, hər bir azərbaycanlının prezidentidir”backend

“İlham Əliyev bir daha təsdiq etdi ki, hər bir azərbaycanlının prezidentidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, dövlət başçısı çıxışında Azərbaycanı və Azərbaycan vətəndaşlarını narahat edən problemlərin həllindən danışıb:

\”Prezident İlham Əliyev bir daha onu sübut elədi ki, o təkcə Yeni Azərbaycan Partiyasının deyil, bütün Azərbaycan xalqının prezidentliyə namizəd gördüyü yeganə şəxsdir. İlham Əliyev bütün Azərbaycan xalqı adından prezidentliyi bəyənilən və namizədliyi irəli sürülən ən ləyaqətli. ən yüksək səviyyəli, etimadı doğruldan namizəddir. Prezident çıxışında məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə atılan addımları, Ermənistanın məsələnin həllində qeyri-konstruktivlik nümayiş etdirməsini vurğuladı. Bildirdi ki, indiyə qədər 200 mindən artıq qaçqın və məcburi köçkün mənzillə təmin edilib. Məcburi köçkünlərin kiçik sahibkarlıqla məşğul olmaları üçün şərait yaradılıb və bu işlər davam etdiriləcək. Bu il 20 mindən artıq məcburi köçkünün yeni mənzillə, evlə təmin olunması gözlənilir.

Prezident İlham Əliyev bildirdi ki, biz bunları etməklə yanaşı, Dağlıq Qarabağ problemini də həll edəcəyik, torpaqlarımız işğaldan azad olunacaq. Dövlət başçısının qarşısına qoyduğu ən əsas məqsədi torpaqlarımızın işğaldan azad olunmasıdır və bunu bir daha tribunadan bəyan etdi\”.

E.Məmmədov bildirib ki, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət dünyanın heç bir ölkəsində yoxdur: \”500 milyon əhalisi olan Avropa 150-200 min nəfər qaçqının əlində qalıb, onların problemlərini həll edə bilmir. Azərbaycan isə 1993-cü ildən başlayaraq məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görməyə başladı və öz gücünə bu işlərin öhdəsindən gəldi. Dövlət başçısı prezidentliyinin ilk günündə bəyan etmişdi ki, Azərbaycanda çadır şəhərciyi qalmayacaq və bu gün biz bunun şahidi oluruq. Mən, məcburi köçkün bölgəsinin millət vəkili kimi deyə bilərəm ki, Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının sosial rifahının, mənzil şəraitinin yaxşılaşdırılması üçün əvəzsiz işlər görüb və bu missiyanı davam etdirir\”.

Qeyd edək ki, fevralın 8-də YAP-ın VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Qərar yekdilliklə qəbul olunub.

İnterpress.az