Xalq artistimizlə vida mərasimi keçirilməyəcək – Nazirlikbackend

Xalq artistimizlə vida mərasimi keçirilməyəcək – Nazirlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri sonxeber.az-a açıqlamasında a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov deyib.

V.Şıxməmmədov bildirib ki, Zərnigar Ağakişiyevanın cəsədi tibbi ekspertizadan dərhal sonra qohumlarına təhvil verilib:

\”Hazırda cənazə Qubaya aparılır. Qubaya çatandan sonra dərhal dəfn olunacaq. Qubada təxminən 2-3 saata dəfn mərasimi keçiriləcək\”.

Qeyd edək ki, Xalq artisti Zərnigar Ağakişiyevanın Yasamal rayonu, Hüseyn Cavid prospekti 709 ünvanındakı 19 mərtəbəli yeni tikilinin 3-cü mərtəbəsində yerləşən mənzildə meyiti tapılıb. İlkin müayinə zamanı onun 3 gün əvvəl dünyasını dəyişdiyi müəyyənləşib.

Allah rəhmət eləsin !

İnterpress.az