“Ayıq sürücü”lər polislə əlbir işləyə bilərmi? – AÇIQLAMA – VİDEObackend

“Ayıq sürücü”lər polislə əlbir işləyə bilərmi? – AÇIQLAMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ARB TV-yə istinadən xəbər verir ki, iddialara görə, ayıq sürücü sərxoş şəxsin maşınını evinə kimi aparsa da, onu arxadan yol polisi izləyir. Lakin həmin hadisənin sonrası barədə heç bir məlumat verilmir.

Elməddin Muradlı (Jurnalist): \”Bəziləri arasında yol polisinə məlumat ötürənlər var. Bunlar da sırf fərdi şəkildə fəaliyyət göstərənlərdir. Sərxoş sürücülərə qarşı belə mübarizə aparılırsa, qeyri-sağlamdır\”.

Sərxoş sürücülərlə bağlı sərt tədbir​​lərin görünməsi ilə eyni vaxtda populyarlaşan ayıq sürücü xidmətləri həm fərdi, həm də şirkət qismində fəaliyyət göstərir. Ekpertlər ayıq sürücü xidmətlərinin neqativ hərəkətlərindən uzaq qalmaq üçün, ya tanıdıqları şəxslərin, ya da özəl xidmətlərdən istifadə etməyi məsləhət görür.

Azər Allahverənov (Ekpert): \”Hər hansı bir sürücünün bu iki qurum arasında hansısa bir sövdələşməni təsdiq edən sübutlar varsa, onları sosial şəbəkələrdə tirajlamaqdansa, məhkəmə orqanlarına müraciət etmələri yaxşıdır\”.

Hüquqşünaslar isə, ayıq sürücü yol polisinin \”sövdələşmə\”sinin birbaşa cinayət əməli olduğunu deyir.

Elmar Süleymanov (Hüquqşünas): \”Ayıq sürücü adlandırılan şəxs bu məlumatı maşını həyətə gətirib saxladığı zaman yox, sifarişi aldığı zaman ötürür. Məlumatı almış yol polisi əvvəlcədən sürücü üçün tələ hazırlayır. Həmin cərimə dələduzluq kimi qiymətləndirilə bilər\”.

İnterpress.az