Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Füzuli Məmmədovun doğum günüdür - FOTO

Bu gün Azərbaycan əsilli iş adamı Füzuli Məmmədovun doğum günüdür.

Dərc edilib: 9 fevral 2018 [23:02]
Baxış sayı: 20908

İnterpress.az xatırladır ki, Füzuli Məmmədov 1963-cü ilin, fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub.

O, 1983-cü ildə Naxçıvandan Rusiyaya köçüb. Burada iş həyatına başlayan F.Məmmədov, 1989-cu ildən “İnterserver” şirkətinin prezidenti vəzifəsində çalışır.

Rusiyada yaratdığı biznesini 2014-cü ildən, başda İtaliya olmaqla Avropaya köçürüb. Rusiyadan çıxmasının səbəbi isə, yaxın münasibətdə olduğu Moskva meri Yuri Lujkovun vəzifəsindən çıxması olub. Rusiyada və bir sıra başqa xarici ölkələrdə "Frenk Fond"u fəaliyyət göstərir.

Rusiyada hüquqşünas və iqtisadçi ali təhsili alan Füzuli Məmmədov, siyasi elmlər namizədidir. Hal-hazırda İtaliyada, Berqamo şəhərində yaşayır. 2 övladı var.

Qeyd edək ki, F.Məmmədov daha çox qalmaqalları ilə yadda qalıb.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 136