Moskvada ADR-in yaranmasının 100 illiyinə həsr olunan tədbir keçirilibbackend

Moskvada ADR-in yaranmasının 100 illiyinə həsr olunan tədbir keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

M.Ə.Rəsulzadə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir Moskva və Moskva vilayətində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının dəstəyi ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan M.Ə.Rəsulzadə Cəmiyyətinin sədri Füzuli Fərəcov tədbirin keçirilməsinə verdiyi dəstəyə görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təşəkkürünü bildirib. O, prezident İlham Əliyevin 2018-ci ili Azərbaycanda \”ADR ili\” elan etdiyini xatırladıb: \”Bu il Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyidir. Azərbaycan prezidenti bu möhtəşəm tarixi hadisənin yubileyi ilə bağlı tədbirlərin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Həm Azərbaycanda, həm də ölkədən kənarda ADR-in 100 illiyi ilə bağlı tədbirlər keçiriləcək. Bizim bu gün ki tədbirimiz də həm ADR-in yaranmasının 100 illiyinə, həm də M.Ə.Rəsulzadənin 134-cu doğum gününə həsr olunub. 15 ildən artıqdır ki, Moskvada fəaliyyət göstərən M.Ə. Rəsulzadə Cəmiyyəti hər il bu tarixi günü qeyd edir. Vətənimizin hüdudlarından kənarda yaşayan azərbaycanlılar bu tarixi hadisə ilə qürur duyurlar\”.

F. Fərəcəov ADR-in yaranması tarixindən də danışıb. O, 23 ay fəaliyyət göstərən ADR-in bu müddət ərzində dövlətçilik adına böyük işlər gördüyünü söyləyib: \”Bu günki müasir Azərbaycan məhz 1918-ci ildə qurulan ADR-in varisidir\”.

Daha sonra M.Ə. Rəsulzadənin həyat və fəaliyyətindən bəhs olunan film nümayiş olunub.

Moskvada ADR-in yaranmasının 100 illiyinə həsr olunan tədbir keçirilib

Tədbirdə çıxış edən Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Dmitri Savelyevin köməkçisi Sergey Qordiyev M.Ə.Rəsulzadənin Şərqdə ilk demokratik respublikanın qurucularından biri olduğunu söyləyib. O, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevin tədbir iştirakçılarına müraciətini oxuyub: \”Məhəmməd Əmin Rəsulzadə kimi şəxslər hər bir dövlət üçün böyük dəyərdir. Ona görə də, onun xatirəsini əziz saxlamaq olduqca vacibdir\”.

Rusiyada fəaliyyət göstərən tarixçi alim Əşrəf Hüseynli ADR-in yarandığı dövrdəki tarixi şəraitdən danışıb. Şərqin ilk demokratik dövlətinin qurucularının tarixdə əbədi qalacağını vurğulayan Ə.Hüseynli ADR-in yaranmasında iştirak edən şəxslərin hər birinin xatirəsinin Azərbaycan xalqı üçün əziz olduğunu bildirib.

Tədbirdə çıxış edən görkəmli diplomat, ictimai xadim Ramiz Abutalıbov M.Ə.Rəsulzadənin və cumhuriyyətin digər qurucularının 1920-ci ildən sonrakı faəliyyətindən, mühacirətdə keçirdikləri həyat yolundan danışıb.

Moskvada ADR-in yaranmasının 100 illiyinə həsr olunan tədbir keçirilib

Qeyd edək ki, ADR-in yaranmasının 100 illiyinə həsr olunan tədbirdə Rusiya Dövlət Dumasının, Azərbaycanın Rusiyadakı səfirliyinin, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, tanınmış ictimai xadimlər, elm adamları iştirak ediblər. (apa)

İnterpress.az