Məşhur prodüser özünü öldürdü – Adı seks qalmaqalında hallanırdıbackend

Məşhur prodüser özünü öldürdü – Adı seks qalmaqalında hallanırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Hollivud-u bürüyən zorlama iddiaları hardasa hər gün bir məşhurun etirafı ilə gündəmdən düşmür. Ən çox təqsirləndirilən şəxs Harvey Veinşteinin adı bu dəfə bir intiharda hallanıb.

1997-ci ildə \”Sundance\” Film Festivali zamanı Veinşteinin təcavüzünə məruz qaldığını söyləyən Rous MKQovan detalları 30 yanvarda \”bazar\”a çıxardığı \”Brave\” (\”Cesur\”) adlı kitabında açıqlamışdı.

Aktyor kitabında bir zamanlar qalmaqallı olayı ört-basdır edən meneceri Jill Messikə də \”od püskürüb\”. Veinştein və MkQovanı bir axşam yeməyində görüşdürüb, hadisənin mətbuata sızmaması üçün səy göstərən Messik 7 il daha rejissorla çalışmağa davam edib.
20 il öncəki təcavüzün ortaya çıxmasından sonra depresiyaya düşdüyü deyilən Jill Messik ötən gün intihar edib. Yaxınları \”Brave\”i oxuyan keçmiş menecerin özünü ittiham edib, sarsıldığını və özünü öldürdüyünü açıqlayıblar. (milli.az)

İnterpress.az