İslamiadanın qalibinə dörd illik cəza verildibackend

İslamiadanın qalibinə dörd illik cəza verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, bu həndbolçu Səbinə Nuriyevadır.

AMADA ona qarşı 48 aylıq sanksiya tətbiq edib.

33 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində boldenon və boldenon metaboliti aşkarlanıb.

Cəza 2017-ci il oktyabrın 23-dən qüvvəyə minib.

Qeyd edək ki, Səbinə Nuriyeva “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

İnterpress.az