Ümid Partiyası seçkilərdə iştirak etməyəcəkbackend

Ümid Partiyası seçkilərdə iştirak etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, sessiyada 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibət müzakirə olunub.

Partiyanın sədri İqbal Ağazadə ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın növbədənkənar prezident seçkilərinə münasibəti ilə bağlı geniş məruzə edib.

İqbal Ağazadə Partiyanın prezident seçkilərində namizədiylə iştirakının Partiyanın Nizamnaməsinə uyğun olaraq Qurultayın səlahiyyətində olduğunu vurğulayıb.

Və Partiyanın növbəti Qurultayının may ayının 28-də keçirilməsinin bəyan edildiyini nəzərə alaraq hüquqi baxımdan növbədənkənar Qurultayın keçilməsinin zaman etibarı ilə mümkünsüzlüyünü bildirib.
Məruzə və çıxışlarda Ümid Partiyasının növbədənkənar prezident seçkilərilərdə iştirak etməməsi təklifi səsləndirilib.

Ali Məclis Ümid Partiyasının 11.04.2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərilərdə iştirak etməməsi haqqında qərar qəbul edib.

İnterpress.az