Vasitəçilər gəlib-getdilər – Həll planı işə düşməlidir!backend

Vasitəçilər gəlib-getdilər – Həll planı işə düşməlidir!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu \”Atlas\” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspertin sözlərinə görə, həmsədrlər tərəflər arasında gərginliyin azaldılmasına çalışmaqdansa, münaqişənin həll planını işə salmalıdırlar:

Vasitəçilər gəlib-getdilər - Həll planı işə düşməlidir!

\”Həmsədrlər ortaq bəyanatda vurğulayıblar ki, Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa çağırırıq. Gərginliyi ortadan qaldırmaq sizin vəzifənizdir. Bunun üçün həll planı işə düşməlidir. Bu olmayınca gərginlik, əlbəttə ki, azalmayacaq.
Həmsədrlər İrəvanda olanda Ermənistan prezident Serj Sarkisyan həmsədrlərə İlham Əliyevdən şikayət edərək deyib ki, bəs Azərbaycan prezidenti son çıxışında Zəngəzurun və İrəvan xanlığının geri alınacağını deyib və guya bu fikir gərginliyə xidmət edir. Elə görünür, həmsədllər ortaq bəyanatlarında \”gərginlik azaldılmalıdır\” deyərkən bunu nəzərdə tuturmuşlar. Reallıqda \”İrəvan və Zəngəzuru geri qaytaracağıq\” psixoloji savaşın tərkib hissəsidir. Necə ki, Ermənistan prezidenti xülyasını dilə gətirərək deyir ki, Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayacaq, bu iddiaya qarşı da Azərbaycan prezidenti Dağlıq Qarabağla yanaşı Ermənistan torpaqlarını da geri almağın zəruriliyini vurğulayır\”. (milli.az)

İnterpress.az