Samirdən Nuraya ağır sözlərbackend

Samirdən Nuraya ağır sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri müğənni Samir Cavadzadə eks-dostu Nura Surinin “ATV maqazin onlarla” verilişinə açıqlamasına cavab olaraq deyib.

Samir həmkarının onun haqqında səsləndirdiyi tənqidlərlə razılaşmayıb:

“Sizcə bu nə qədər düzgün ifadədir? Deyir ki, Samir heç anasına da zəng vurmur. Anam mənə zəng vurub deyir ki, bu niyə belə danışır? Ona cavab verdim ki, keçmişdə öz əməllərinə görə, o qəər zərbələr vurub ki, beyin qapağında çatları çoxalıb.

Qalmaqaldan uzaq olmuşam, pis kəlmə deməmişəm. Bir tərif edib, arxasıyla gülərək tamaşaçı gözündə anti-reklam etmək elə-belə deyil. Məqsədyönlüdür. Üzümə qarşı demisiz ki, sən çıxsan biz batacağıq. Mələk cildin çıxıb, camaatı dolama”.

Qeyd edək ki, Nura proqramın “Hit parad” rubrikasında Samiri birinci etsə də, xarakterini sərt tənqid etmişdi:

“Danışmıram onunla. Yenə itib, mən də daha ona yazmayacam, zəng etməyəcəm. Səbəb yoxdur. İnsanın xasiyyəti budur. Anası, bacısına zəng etmir. Öz aləmində yaşayır. Xasiyyəti dəyişməlidir, qəbul edə bilmirəm”. (axşam.az)
İnterpress.az