Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Kredit faizləri aşağı salınacaq

“Mərkəzi Bank uçot dəcəsini 15 faizdən 13 faizədək endirib”.

Dərc edilib: 12 fevral 2018 [19:47]
Baxış sayı: 6839

İnterpress.az aznews.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, uçot dərəcəsinin azaldılması depozit faizlərinin də aşağı düşməsinə səbəb olacaq:

“Əmanətlərin Sığortalanması Fondu da qorunan əmanətlər üzrə faiz dərəcələrini aşağı sala bilər. Uçot dərəcələrinin azaldılması iqtisadi baxımdan kredit faizlərini də aşağı salmalıdır. Təbii ki, bu, daha çox Mərkəzi Bankın hansı səviyyədə mərkəzləşdirilmiş kredit bölgüsündən və bankların sağlamlaşdırılması üçün görülən işlərdən asılı olacaq. Son uçot dərəcəsinin aşağı salınmasına baxmayaraq, Azərbaycan Mərkəzi Bankı Tacikistan istisna olmaqla, keçmiş sovet məkanında yenə də ən yüksək dərəcəyə malikdir. Belə ki, uçot dərəcəsi Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir. Deməli, Mərkəzi Bankın 2018-ci ildə yenidən uçot dərəcəsinə baxaraq dərəcəni aşağı salmasına ehtiyac var. Ən əsası, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası azalan uçot dərəcəsi fonunda kredit faizlərinin də aşağı düşməsinə nail olmağa çalışmalıdırlar.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112