Azad Rəhimov: “Xərclərin 80 faizini biz ödəyirik”backend

Azad Rəhimov: “Xərclərin 80 faizini biz ödəyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov bu barədə Tass-a verdiyi müsahibəsində bildirib:

\”2017-də Bakıda baş tutan \”Formula 1\” yarışına əvvəlki illərdən 2 dəfə artıq turist gəlib. Mərhələnin keçirilməsi zamanı turistlərin sayı 30% artır. Bu günlərdə şəhərin infrastrukturu tam gücü ilə işləməyə başlayır. Əsas gəlir bilet satışından əldə olunur. Bizim reklam üçün nəzərdə tutulan yerlərimiz olmadığından, sponsorları cəlb edə bilmirik. Bütün hüquqlar \”Formula 1\” rəhbərliyinə aiddir.

Ötən illə müqayisədə, bilet satışlarının tempi də 30 faiz artıb. Qran Pri ölkənin ən yaxşı reklamıdır.\” – deyə nazir qeyd edib.

Rəhimov əlavə etdi ki, yarış zamanı ən çox Rusiyadan ölkəmizə turist axını müşahidə olunur.

Qeyd edək ki, bu il Azərbaycanın Qran Prisi aprelin 27-dən 29-dək keçiriləcək.

İnterpress.az