Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Çempionlar Liqasında 1/8 final həyəcanı

Çempionlar Liqasında (ÇL) 1/8 final həyəcanı başlayır.

Dərc edilib: 13 fevral 2018 [09:20]
Baxış sayı: 736

İnterpress.az xəbər verir ki, bu gün mərhələnin ilk iki oyunu keçiriləcək.

Təbii ki, əsas diqqətlər Turində baş tutacaq matça yönələcək. ÇL-in son finalçısı “Yuventus” Premyer Liqanın iddialı komandalarından “Tottenhem”i qəbul edəcək. Bu, tərəflərin avrokuboklarda ilk duelləri kimi tarixə düşəcək. 16 oyundu məğlubiyyət üzü görməyən və son 11 matçın hamısında qələbə qazanan "qoca sinyora" London səfəri öncəsi ənənəni davam etdirməyə çalışacaq. "Tottenhem" isə İtaliyaya minimum heç-heçə niyyəti ilə yollanıb. “Yuve”nin aparıcı oyunçuları Xuan Kuadrado və Paulo Dibala zədəli üzündən baş məşqçi Massimiliano Alleqrinin ixtiyarında olmayacaqlarsa, Andrea Barzalyi, Benedikt Hövedes və Blez Matuidinin durumu qeyri-müəyyəndi.

Digər qarşılaşmada isə “Bazel” Çempionlar Liqasının favoritlərindən olan “Mançester Siti”ni qəbul edəcək. “Şəhərlilər”in heyətində Fabian Delf, Qabriel Jezuş, Benjamin Mendi və Leroy Sane zədədən əziyyət çəksələr də, Pep Qvardiolanın kollektivi istənilən halda favoritdi. Premyer Liqanın lideri hətta cütün taleyini birinci oyundaca həll etməyə çalışacaq. "Bazel"in güclü rəqibini büdrətməsi isə əsl möcüzə olar.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

13 fevral
23:45. “Yuventus” (İtaliya) – “Tottenhem” (İngitərə)

Baş hakim: Feliks Brix (Almaniya)

"Yuventus" stadionu, Turin

23:45. “Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə)

Baş hakim: Yonas Eriksson (İsveç)

"Sankt-Yakob Park", Bazel


İnterpress.az












Oxşar xəbərlər

Yeni ili harada qarşılayacaqsınız?


Cəmi səslər: 110