Qadın qudasının evində qan tökdü – Ağdamdabackend

Qadın qudasının evində qan tökdü – Ağdamda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, Gəncə şəhər sakini, 44 yaşlı Ləman Əliyeva Ağdamın Xındırıstan kəndində yaşayan qudasının evinə qonaq gedib. Bərdə rayonundan olan 1974 təvəllüdlü Yusifov Pərviz Vasif oğlu də həmin evdə olub. Evdə yemək yeyilərkən L. Əliyeva ilə P. Yusifov arasında mübahisə baş verib. Nəticədə L. Əliyeva P. Yusifovu bıçaqlayıb. İki bıçaq xəsarəti alan şəxs Ağdam Mərkəzi Rayon Xəstəxanasına, oradan Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Qadın isə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

İnterpress.az