Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Yatmazdan əvvəl bunları etməyin!



Yaxşı yuxu sağlamlığın əsas şərtlərindən biridir. Yuxu zamanı insan orqanizmi bərpa olunur, cavanlaşır.

Dərc edilib: 13 fevral 2018 [12:51]
Baxış sayı: 4144

Yaxşı yuxu insanın sinir, ürək-damar və immun sistemləri üçün xüsusilə vacibdir. Müasir insanlar arasında yuxu problemləri çox yayılıb. Bunun səbəbləri arasında bizim pis vərdişlərimizdir.
İnterpress.az sizə yaxşı yuxunun əsas düşmənlərini təqdim edir:

1. Yatmazdan əvvəl çimməyin. Bu bədən hərarətinin artmasına səbəb olur ki, insan yuxuya gedə bilmir. Yatmazdan ən azı 1 ,5 saat əvvəl çimin.

2. Yatmazdan əvvəl telefon, planşet və ya kompüterdən istifadə etməyin. Qəcetlərin ekranlarının göy işığı yuxu hormonu olan melatoninin ifrazını pozur.

3. Çay içməyin. Çay kofeinlə zəngindir ki, bu maddə beyini stimullaşdırır. Həmçinin çayın sidikqovucu xüsusiyyətləri var. Bu da yaxşı yuxuya mane olacaq. Alimlər yatmazdan əvvəl yarım-1 stəkan su içməyi tövsiyə edirlər ki, insult və infarktın qarşısını alır.

4. Çox yeməyin. Dolu mədə yaxşı yuxunun əsas düşmənlərindəndir. Lakin acqarına da yatmayın.

5. Fiziki işlə, idmanla məşğul olmayın. Fiziki aktivlik insanı gümrah edir, qanda adrenalin, endorfin hormonlarının (xoşbəxtlik hormonları) səviyyəsi qalxır. Bu isə yuxuya getməyə mane olacaq. (saglamolun.az)

İnterpress.az






Oxşar xəbərlər

Yeni ili harada qarşılayacaqsınız?


Cəmi səslər: 2