Taekvondoçularımız İstanbulda 2 medal qazandıbackend

Taekvondoçularımız İstanbulda 2 medal qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Apasport.az saytının məlumatına görə, sayca 5-ci olan G1 kateqoriyalı yarışda Azərbaycanın gənclərdən ibarət millisi də mübarizəyə qatılıb.
Turnirin ikinci günü dayanq üzərinə çıxan taekvondoçularımızdan ikisi medala yiyələnib. Klublararası Avropa çempionatında birinci olan Cavad Ağayev (63 kq) və Minayə Əkbərova (44 kq) bu dəfə gümüş medalla kifayətləniblər.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.

İnterpress.az