Paytaxtda 3 nəfər itkin düşübbackend

Paytaxtda 3 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami rayonu, Q.Qarayev prospekti, ev 104 ünvanında yaşayan 18 yaşlı Məmmədova Lalə Yusif qızı evdən çıxıb ve geri qayıtmayıb. Polisə onun itkin düşməsi barədə məlumatı ailə üzvləri verib.

Növbəti itkin düşən şəxs Yasamal rayon sakinidir. Rayonun 8-ci keçid, 5 saylı mənzilində yaşayan Qədirova İlahə Etibar qızı da evdən çıxdıqdan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Nəsimi polisi isə itkin düşən rayon sakinini axtarır. Belə ki, 1965-ci il təvəllüdlü Ismayılov Tahir Nemət oğlunun itkin düşməsi barədə məlumatı onun ailə üzvləri verib. Hazırda hər 3 şəxsin tapılması istiqamətində axtarışlar aparılır. ( olke.az )

İnterpress.az