Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Dünya   Video  

Mer kanalizasiya suyuna qonaq edildi, Sarkisyanın adamları hücuma keçdi - Video

İrəvan Şəhər Şurasının bu gün keçirilən iclasında dava düşüb.

Dərc edilib: 13 fevral 2018 [14:38]
Baxış sayı: 593

İnterpress.az Publika.az-a istinadən xəbər verir ki, “Yerkir Tsrina” fraksiyasının üzvləri İrəvanın Nubaraşen rayonunda yayılan pis qoxulara etiraz olaraq, iclasa kanalizasiya suyu ilə doldurumuş qablar gətiriblər.

Fraksiyanın üzvü Marina Xaçatryan kanalizasiya suyu ilə dolu olan qablardan birini İrəvan meri Taron Markaryana vermək istəyib. Bunu görən hakim Respublika Partiyasının üzvləri yerlərindən qalxaraq, ona mane olmağa çalışıblar. Qarışıqlıqda kanalizasiya suyu mer Markaryanın masasının üzərinə dağılıb.

Bunu görən hakim partiya üzvləri “Yerkir Tsrina” fraksiyasının üzvlərinə hücum ediblər. İclasda əlbəyaxa dava başlanıb, Marina Xaçatryan bir neçə şillə zərbəsi alıb.

İclas yarımçıq kəsilib, hazırda polislər “Yerkir Tsrina” fraksiyasının üzvlərini salondan çıxarmağa çalışır.

İnterpress.az














Oxşar xəbərlər

Yeni ili harada qarşılayacaqsınız?


Cəmi səslər: 110