Nazir oğlu Azərbaycan Qran-prisindən danışdı: "Dotasiyalar olmasa, "Formula-1"dən zərər edərik" » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Nazir oğlu Azərbaycan Qran-prisindən danışdı: "Dotasiyalar olmasa, "Formula-1"dən zərər edərik"

"Dövlətin dotasiyaları olmasa, "Formula-1"in təşkilində maddi baxımdan zərər etmiş olarıq".

Dərc edilib: 13 fevral 2018 [16:23]
Baxış sayı: 1982

İnterpress.az-ın “Report”a istinadla məlumatına görə, bunu "Formula-1" üzrə Azərbaycan Qran-prisinin promoteri Arif Rəhimov Heydər Əliyev Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda təşkil olunmuş konfransdakı çıxışında deyib.

A.Rəhimov bildirib ki, bu cür treklər çox bahalıdır: "Gəlirin olmasını təmin etmək çox çətindir. Lakin bu yarışa sırf maddi qazanc prizmasından baxmamalıyıq. Digər məsələləri - insan resursları, brendin tanıtımı, mediadakı təbliğat və s. nəzərə alsaq, dövlət olaraq "Formula-1"in təşkilindən qazanclıyıq".

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 46