Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Tvrerdə diaspor sədri Fəyyaz Paşayev həmyerlimizi həbs etdirir - ŞOK FAKTLAR

Bakıdan nə az, nə çox - düz 2500 km aralıda Tver şəhərinin Kalininsk rayonunda bir azərbaycanlı ailəsi yaşayır. Yaşayır deyəndə, ailənin başçısı Fazil İbrahimov 2016-cı il sentyabrın 16-da 8 il müddətinə azadlıqdan məhrum edilib. Özü də Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 205-ci maddəsiylə; guya terror törətmək istəyirmiş. Harada? Niyə? Nə üçün?

Dərc edilib: 13 fevral 2018 [18:38]
Baxış sayı: 15209

3 uşağı qalıb xəstə həyat yoldaşının ümidinə. Üçü də körpə. Həyat yoldaşı heç yerdə işləmir. Xəstəliyi imkan vermir.

2003-cü ildən Tver şəhərinin Kalininsk rayonunda yaşayır İbrahimovlar ailəsi. 2008-ci ildə isə özünə ev tikmək istəyib. Yerli qanunvericiliyə görə, kənd təsərrüfatıyla məşğul olan gənc ailələrə ev tikintisi üçün hökumət evin dəyərinin 60 faizi qədər pul ayırmalıdır. Yerdə qalan 40 faizi isə ev yiyəsinin özü tapmalıdır. Hökumətin ayırdığı həmin pulu almaq üçün isə vətəndaş qeydiyyatda olduğu kənd soveti ilə müqavilə bağlamalıdır. Belə olan halda Fazil kənd sovetinin sədri Rumyantsev Serqey Aleksandroviçin yanına gedir. Ona bildirir ki, evi özü tikəcək. Müqavilə bağlanılsın ki, o pulu kassadan çıxara bilsin. Rumyantsev isə Fazilə deyir ki, pulu onun özünə yaxın şirkətlərdən birinin hesabına köçürəcək və həmin evi həmin şirkətlər tikəcək.

Rumyantsevlə bacara bilməyən Fazil müxtəlif instansiyalara şikayət etməyə başlayır. Hətta bir dəfə Tverə gedib, qubernatorla görüşməyə cəhd edir. Binanın qarşısında durub onu gözləyir. Qubernator maşınından düşən kimi ona yaxınlaşır. Şikayətçi olduğunu deyir. Tver başçısı iclasdan sonra onu qəbul edəcəyinə söz verir.

Amma… Amma bu arada orada qəflətən iki nəfər peyda olur. Biri yerli Azərbaycan diasporunun sədri Fəyyaz Paşayev, digəri isə şəhərdə başqa bir nüfuz sahibi olan həmyerlimiz Sərdar Abdullayev. Onların hər ikisi Fazildən xahiş edir ki, quberniya binasının qarşısını tərk etsinlər. Onun probleminin həllinə çalışacaqlar.

Amma problem bununla bitmir. Kalininsk rayon Bruşevsk kənd sovetinin sədri Rumyantsev israrla evin başqa şirkət tərəfindən tikiləcəyini israrla bildirir.

Bundan bezən Fazil isə od vurub özünü yandıracağını deyir. Hadisənin baş verəcəyindən qorxan yerli sahə müvəkkili dərhal hadisə yerinə gəlir. Ona hədə-qorxu gələrək bildirir ki, belə edəcəyi halda onu dəlixanaya salacaqlar, uşaqlarını isə uşaq evinə atacaqlar və bir daha onların üzünü görməyəcək. Fazil uşaqlarının naminə bundan çəkinir.

Bu arada Paşayev də yenidən ortaya çıxır. Fazilə deyir ki, evinin tikilməsi üçün ona şəxsən kömək edəcək. Bu arada Fazilin üçüncü övladı dünyaya gəlir. Rəsul adlı övladı üçüncü uşaq olduğundan hökumət uşağa 450 000 rubl (təxminən 7770 dolar) pul ayırır. Amma bu pul evin təməlinin və kürsünün tikintisinə çatır.

Bundan bir az sonra isə proqram çərçivəsində ailəyə 1 208 000 rubl pul ayrılır. Kənd təsərrüfatı nazirliyi, yerli icra hakimiyyəti və Fazil üçtərəfli müqavilə bağlayırlar. Ev tikilib qismən başa çatır. Fazil Bruşevskdə əməlli-başlı fermer təsərrüfatı yaradır. Ətraf ərazilərdə yaşayan sakinləri tər-təmiz ağartı və ət məhsulları il təmin edir. Amma...

2016-cı ilin yanvarında bir qrup xüsusi təyinatlı onların evinə basqın edir.

Qızı Nərminin dediklərindən:

- Səhər tezdən evə girib, hər yeri alt-üst etdilər. Heç nə tapa bilmədilər. Evdəki qaz balonunu və atamı götürüb getdilər. Az sonra atamı buraxdılar. Dedilər, ev dustağısan. Gözlə, məhkəmən olanda çağırılacaqsan. Hərdən atamı çağırıb dindirirdilər.

Bir kimsəsi olmayan ailə kömək üçün diaspor sədri Fəyyaz Paşayevə və Sərdar Abdullayevə müraciət edir. Olar məsləhət görürlər ki, narahatlığa əsas yoxdur, nə desələr, bütün sənədlərə qol çəksin.

Qardaşı Cəlilin də dediyinə görə, bu məsələnin özü də onun üçün qaranlıqdır.

- Niyə arxayın şəkildə deyiblər ki, bütün sənədlərə qol çək, arxayındayıq? Mənim üçün çox qaranlıqdır. Bizi arxayın saldılar, bilsəydik, vəkil tutardıq.

Hə, bu arxayınlıq Fazil İbrahimova 8 il həbs bahasına başa gəlir. Adi bir qaz balonu. İstintaqın iddiasına görə, o, guya qaz balonuyla haradasa terror törətmək istəyirmiş...

Fazilin qızı Nərmin İbrahimovanın ümidi isə Rusiya prezidenti Vladimir Putinədir:

- Cənab prezident, Vladimir Vladimiroviç, yalvarıram, atamı xilas edin!

P.S. Ən maraqlısı odur ki, Tver vilayətinin Kalininsk rayonunda elə bir ictimai qurum və dövlət instansiyası yoxdur ki, Fazil İbrahimov haqda müsbət rəy yazmasın...

Tvrerdə diaspor sədri Fəyyaz Paşayev həmyerlimizi həbs etdirir - ŞOK FAKTLAR

Tvrerdə diaspor sədri Fəyyaz Paşayev həmyerlimizi həbs etdirir - ŞOK FAKTLAR

Tvrerdə diaspor sədri Fəyyaz Paşayev həmyerlimizi həbs etdirir - ŞOK FAKTLAR

Tvrerdə diaspor sədri Fəyyaz Paşayev həmyerlimizi həbs etdirir - ŞOK FAKTLAR

Tvrerdə diaspor sədri Fəyyaz Paşayev həmyerlimizi həbs etdirir - ŞOK FAKTLAR

Tvrerdə diaspor sədri Fəyyaz Paşayev həmyerlimizi həbs etdirir - ŞOK FAKTLAR


İnterpress.az






Oxşar xəbərlər

Yeni ili harada qarşılayacaqsınız?


Cəmi səslər: 2