“Hamı günahı bir-birinin üstünə atır” – Elmira Axundovabackend

“Hamı günahı bir-birinin üstünə atır” – Elmira Axundova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Modern.az-ın məlumatına görə, E.Axundova deyib ki, “Qaz təchizatı haqqında” Qanunda dəyişikliklər edilməsi zamanında və yerində atılmış addımdır.

“Yaxşı haldır ki, müvafiq icra hakimiyyəti orqanı qaz təchizatına nəzarət edilməsi üçün yeni qurum yaradır. Çünki bu istiqamətdə son zamanlar, xüsusilə də qış aylarında çoxsaylı mübahisə doğuran və problemli məqamlar ortaya çıxmaqdadır.

Binaların və mənzillərin qazlaşdırılması zamanı texniki təhlükəsizlik və istismar qaydalarına əməl olunmasına, qazpaylayıcıların, qaz qurğularının yararlı və ya yararsız olub-olmamasınanəzarət edilməsi daha da gücləndirilməlidir. Çünki məsuliyyətsizlik nəticəsində neçə-neçə ailələr, insanlar əziyyət çəkir, evlərini və ya həyatlarını itirirlər. Belə bədbəxt hadisələr hətta yeni inşa edilmiş binalarda da baş verir. Buna misal olaraq qaz sızması nəticəsində “28 may” metrostansiyası ilə üzbəüz, Dəmiryol vağzalı meydanında yerləşən yeni tikilidə baş verən partlayışı göstərmək olar. Bu zaman bir insan həyatını itirib, binaya böyük maddi ziyan dəyib, ailələr hələ də evlərinə qayıda bilmir. Kimsə axı bu məsələyə görə məsuliyyətə cəlb olunmalıdır, bizdə isə adətən belə hallarda müqəssirləri tapmaq çox çətindir, hamı bir-birinin üstünə atır.

Qaz çəkilişi zamanı müvafiq qaydalara əməl etməyən şəxslər, sakinlərin özü və ya çəkilişinmüvafiq qaydalara uyğunluğu barəsində rəy verən qurum məsuliyyət daşımalı, əgər hər hansısa nöqsan və ya qayda pozuntusu ucbatından bədbəxt hadisə baş verərsə onda həmin qurumya da bu qaydalara əməl etməyən vətəndaş cinayət məsuliyyətinə cəlb olunmalı, cərimə verməli və daha ciddi cəzalar almalıdırlar.

Düşünürəm ki, bu istiqamətdə lazımı dəyişiklik və əlavələrin edilməsinə, qanunun daha da sərtləşdirilməsinə, ən əsası isə belə hadisələrə görə məsuliyyət daşıyan qurumun aydınlaşdırılmasına çox böyük ehtiyac vardır”.

İnterpress.az